Cəmiyyət

Şirvanda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Sharing is caring!

Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən Kür çayı üzərindəki körpünün yaxınlığında iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, bu gün axşam saatlarında “Mersedes” markalı avtomobillə digər avtomobil toqquşub.

Qəza nəticəsində Saatlı rayonunun Azadkənd kənd sakini, 1955-ci il təvəllüdlü Süleymanov Vaqif İsa oğlu və daha bir nəfər xəsarət alıb.

Şəxsiyyəti məlum olmayan bir nəfər xəsarəti yüngül olduğundan, ilk tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. V.Süleymanov isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir