Cəmiyyət

Ağır yaralanan qazimiz Türkiyəyə göndərildi – FOTO

Sharing is caring!

Ağır yaralanan qazilərimizdən biri Yaqubov Rauf Qabil oğlu müalicə məqsədilə Türkiyəyə göndərilib.

Bu barədə Oxu.Az-a “YAŞAT” Fondundan məlumat verilib.

Qeyd edilib ki, Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Məlumatda vurğulanıb ki, “YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. 

Xatırladaq ki, bu günə qədər 176 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir