Cəmiyyət

Gənclər təşkilatları üçün 16-cı qrant müsabiqəsi elan edilir

Sharing is caring!

Azərbaycan Respublikasının Gənclər Fondu 10 oktyabr 2022-ci il tarixindən etibarən gənclər təşkilatları üçün 16-cı qrant müsabiqəsi çərçivəsində yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş layihələri dəstəkləmək, habelə gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdan ibarətdir. Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində maliyyələşdiriləcək yerli və beynəlxalq miqyaslı layihə təklifləri üçün Fond tərəfindən prioritet istiqamətlər müəyyən edilib.

Müraciətlərə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 6 iyul 2022-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədən kənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır. 16-cı qrant müsabiqəsi, eləcə də layihələrin maliyyələşdirilməsi barədə ətraflı məlumatlar Fondun veb-səhifəsində yerləşdirilib.

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını 21 oktyabr 2022-ci il, saat 18:00-a kimi layihə təkliflərini təqdim etməyə dəvət edir. Qrant müsabiqəsinə qatılmaq arzusunda olan gənclər təşkilatları layihə təkliflərini Gənclər Fondunun rəsmi saytının “Elektron xidmət” bölməsi vasitəsilə təqdim edə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir