Cəmiyyət

Bakıda restoranda qardaşlar dava salıblar: Xəsarət alan var

Sharing is caring!

Bakıda restoranda qardaşlar dava salıblar.

“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 6-sı saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən “Şuşa qalası” restoranında qeydə alınıb.

Belə ki, Məmmədov Təbriz Əmirxan oğlu qardaşı Nicat Məmmədovla birlikdə restoranda Mustafayev Sirac Xeyrulla oğluna yumruq və təpiklə xəsarətlər yetirərək xuliqanlıq ediblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir