Cəmiyyət

“Təmiz Şəhər” ASC-də fəhlə yıxılaraq ölüb

Sharing is caring!

Bakının Xətai rayonunda ölüm faktı qeydə alınıb.

APA xəbər verir ki, hadisə Xocalı prospekti 55 ünvanında qeydə alınıb.

1970-ci il təvəllüdlü Məmmədov Elman Hüseyn oğlu işlədiyi qurumda ehtiyatsızlıqdan yıxılaraq ölüb.

O, komatoz vəziyyətində 3 nömrəli xəstəxanaya çatdırılıb.

Qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya aparılan E.Məmmədov həyatını itirib.

Qeyd edək ki. E.Məmmədov “Təmiz Şəhər” ASC-də fəhlə işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir