Cəmiyyət

İmişlidə toy karvanında qəza baş verib, xəsarət alanlar var

Sharing is caring!

İmişlidə toy karvanında qəza baş verib, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, gəlin gətirməyə gedən minik avtomobillərindən biri anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza nəticəsində rayonun Boşcalılar kənd sakinləri, 1998-ci il təvəllüdlü Nəsirov Sevindik Məhərəm oğlu və 1999-cu il təvəllüdlü Şükürlü Cavid Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir