Cəmiyyət

Şagirdin döyüldüyü məktəbə yeni direktor əvəzi TƏYİNATI – VİDEO

Sharing is caring!

Bakıda şagirdin döyüldüyü 112 nömrəli məktəbin direktor vəzifəsinin icrası başqa şəxsə tapşırılıb.

Bununla bağlı Oxu.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, həmin vəzifəni Lətifə Mustafayeva həmin məktəbdə direktor müavini vəzifəsini yerinə yetirir.

Qeyd edək ki, Bakı şəhəri 112 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva həmin məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarını müvəqqəti icra edirdi.

Məktəbin şagirdləri arasında baş vermiş insident ilə bağlı aparılan araşdırma çərçivəsində məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası digər şəxsə həvalə edilib. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir