Cəmiyyət

Frankfurt-Xoşimin reysi ilə uçan təyyarə Bakı hava limanında təcili eniş edib

Sharing is caring!

Frankfurt-Xoşimin reysini həyata keçirən hava gəmisi “Boeing B787” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

“Vietnam Airlines” aviaşirkətinin Frankfurt-Xoşimin reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

“Boeing B787” təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.

Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir