Cəmiyyət

Cəbrayıl uğrundakı döyüşlərdə iştirak edən qəhrəman: “Düşmən bizi görəndə silahını atıb qaçırdı” – VİDEO

Sharing is caring!

Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmasından 2 il keçir. 

Baku TV-nin əməkdaşı bu münasibətlə Cəbrayılda olub, şəhər uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edən hərbçilərin təəssüratlarını öyrənib. 

Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd uğrunda döyüşlərdə iştirak edən Məhəbbət Quliyev qalib ordunun əsgəri olduğu üçün fəxr etdiyini deyib. 

“Azərbaycan Ordusu düşmənin üzərinə elə sürətlə irəliləyirdi ki, onlar hərbçilərimizi görəndə silahlarını atıb qaçırdılar”, – deyə Elçin Mehdizadə qeyd edib. 

Azərbaycan Ordusunun işğaldan azad etdiyi Cəbrayıl şəhərinə daxil olduqda ilk dayanacaq “Dostluq bulağı”dır. Bu bulaq da digər mədəni və dini abidələr kimi erməni vandalları tərəfindən dağıdılıb. 

Əlavə edək ki, işğaldan azad olunan ərazilərdə yenidənqurma işləri aparılır.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir