Cəmiyyət

Buzovnada oğrular ev sahibini bıçaqladılar

Sharing is caring!

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsindəki evlərdən birinə oğurluq məqsədi ilə girən iki nəfərin ev sahibi ilə rastlaşdıqda ona bıçaqla xəsarət yetirərək qaçmaları barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Zahid Zahidli saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən olunub.

Əməliyyat tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir