Dünya

Ərdoğan: “Türkiyə Pakistanın yanında olmağa davam edəcək”

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pakistanlı həmkarı Asif Əli Zərdari ilə telefon danışığı aparıb.

Söhbət zamanı Ərdoğan Zərdarini prezident seçilməsi münasibətilə təbrik edib.

İki ölkə arasında əlaqələrin hər sahədə inkişafını gözlədiyini deyən Ərdoğan yeni dövrün Pakistan üçün faydalı olacağına ümid etdiyini bildirib.

Bu ölkədə törədilən terror aktlarını pisləyən Ərdoğan Türkiyənin terrorla mübarizədə Pakistanın yanında olmağa davam edəcəyini vurğulayıb.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir