Cəmiyyət

Nabranın dəniz sahil zolağında təmizlik aksiyası keçirildi – FOTO

Sharing is caring!

Ümumdünya dəniz günü ilə əlaqədar Nabran ərazisinin dəniz sahil zolağında təmizlik aksiyası keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və yerli icra qurumlarının əməkdaşları, Nabran kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə keçirilən aksiya zamanı üç hektardan artıq sahil zolağı plastik və digər tullantılarından təmizlənib.

Aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizinin sahilyanı ərazilərinin məişət tullantılarından təmizlənməsi, eyni zamanda, dənizin və sahilyanı ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində ictimaiyyətin rolunu artırmaqdan ibarətdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir