Cəmiyyət

Ağdaşda körpə bitki toxumunu yeyərək zəhərlənib

Sharing is caring!

Ağdaş rayonunda körpə bitki toxumunu yeyərək zəhərlənib.

“Report” xəbər verir ki, hadisə sentyabrın 22-si saat 19 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində qeydə alınıb.

Belə ki, evdə nəzarətsiz qalan 2020-ci il təvəllüdlü C.Əhmədov bitki toxumunu yeyib.

Daha sonra körpə zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir