Cəmiyyət

Külək güclənəcək, bəzi ərazilərə leysan, qar, dolu yağacaq – HAVA PROQNOZU

Sharing is caring!


Azərbaycan ərazisində noyabrın 10-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-16, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu 7-12, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir