Cəmiyyət

Atanın övladını digər qızının həyat yoldaşına məcbur ərə verməsi ilə bağlı AÇIQLAMA + YENİLƏNİB

Sharing is caring!

Yardımlı rayonu Arvana kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən İsayev Kamran Abasxan oğlu ilə bağlı müxtəlif mətbuat orqanlarında yayılan məlumatla bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumata görə, araşdırma zamanı direktor İsayev Kamran Abasxan oğlu mətbuatda onun haqqında yer alan məlumatın həqiqəti əks etdirmədiyini və ona böhtan atıldığını bildirib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır.

17:39

“Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb və Bakıya gəlib. Səbəb həyatda olan bacısının əri ilə evlənməyə məcbur edilməsidir”.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

O qeyd edib ki, qızın ailəsi də bu izdivacda həmin “ər”ə yardım edib:

“Demək gedib qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. “Ər” qızı boğaraq zorla ərə gəlməsini tələb edib. Maraqlı bilirsiniz nədir? Orta əsir qaydalarını icra edən gələcək “ər” Arvana kənd məktəbinin direktorudur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mümkünsə bu direktorla məşğul olun.

Əgər bu belədirsə, həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşı mənə zəng vurdu və “sizin sığınacaqda Yardımlı sakini varmı?” deyə soruşdu. Bildirdik ki, var. Dedi həmin “ər“ gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin.

Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya. Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, cavab “adam axtarışa verilib, gətirməliydim“ olub. Qardaş polisin yanında hədə qorxu gəlib əməkdaşımıza, amma polis hədənin qarşısını almayıb”.

O qeyd edib ki, Binəqədi Rayon Polis İdarəsi tərəfindən qadına dərhal ilkin yardım göstərilib:

“Həm uşağa, həm də qadına qida, ayaqqabı alıb və sığınacağa istiqamətləndiriblər”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirib ki, məsələ,Komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və bu, istiqamətdə müvafiq tədbirlər görülməkdədir.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir