Dünya

İsrail ordusu bir gecədə HƏMAS-ın 750 hədəfinə zərbə endirib – VİDEO

Sharing is caring!


Ötən gecə İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Qəzza zolağının şimalında Fələstinin HƏMAS radikal hərəkatının 750 hədəfinə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

“Ötən gecə İsrail Müdafiə Qüvvələri 750 hərbi obyektə, o cümlədən HƏMAS terrorçularının yeraltı tunellərinə, habelə onların hərbi komplekslərinə, nəzarət-buraxılış məntəqələrinə, komandanlıq mərkəzləri kimi istifadə edilən yüksəkrütbəli yaraqlıların iqamətgahlarına və kommunikasiya nöqtələrinə zərbələr endirib. Onlarla döyüş təyyarəsi çoxmərtəbəli binalarda yerləşən və HƏMAS tərəfindən terror məqsədləri üçün istifadə edilən 12 hərbi obyektə hücum edib”, – deyə məlumatda bildirilir.

“Bununla paralel olaraq, İsrail Müdafiə Qüvvələrinin xüsusi təyinatlı əsgərləri İsrail ərazisinə minaatan hücumlarında iştirak edən və hücum zamanı Qəzza şəhərində onların komandanlıq mərkəzində olan üç terrorçuya zərbələr endiriblər”, – deyə əlavə olunub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir