Cəmiyyət

Moldovada yaşayan soydaşlarımızdan dəstək aksiyası – FOTO

Sharing is caring!

Moldovada yaşayan soydaşlarımız Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar Azərbaycana dəstək ifadə etmək və şəhidlərimizin xatirəsini ehtiramla yad etmək üçün ölkəmizin Moldovadakı səfirliyinin meydanına toplaşıblar.

Görüşdə Moldova parlamentindəki hakim “Fəaliyyət və Həmrəylik” partiyasından olan deputat, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Vitali Jakot, Moldovada yaşayan soydaşlarımız, yerli sakinlər, müxtəlif icmaların nümayəndələri və gənclər iştirak ediblər.

Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, səfirliyin qarşısındakı xatirə guşəsi önünə gül dəstələri düzüblər.

Deputat V.Jakot çıxış edərək şəhidlərin ailələrinə başsağlığı verib. O, bu cür insan tələfatına səbəb olan toqquşmanın bir daha baş verməyəcəyinə ümid etdiyini bildirib.

Tədbirdəki çıxışında səfir Qüdsi Osmanov Ermənistanın növbəti hərbi təxribatı zamanı həlak olan şəhid qəhrəmanlarımıza Allahdan rəhmət diləyib. O, bildirib ki, Azərbaycan regionda daim sülhü qoruyan ölkə kimi qonşu dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış edib. Bununla bağlı səfir görüş iştirakçılarının diqqətinə çatdırıb ki, ərazilərimizdə hər hansı insidentin olması ölkəmizin maraqlarına uyğun deyil.

Toplantıda çıxış edən Moldova Azərbaycanlıları Konqresinin (MOK) sədri Elçin Bayramov qeyd edib ki, Moldovada olan soydaşlarımız həmişə olduğu kimi, vətənimiz Azərbaycanın və düşmənə cavab verən hərbçilərimizin tərəfindədirlər. Sədr vurğulayıb ki, ötən gün sözügedən hərbi təxribatla bağlı müraciət hazırlanıb, beynəlxalq və regional təşkilatların paytaxt Kişinyovda yerləşən ofislərinə göndərilib.

Görüş Moldova mətbuatında rumın və rus dillərində işıqlandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir