Cəmiyyət

Kiçik çavuş Nail Abbasov Oğuzda dəfn edildi – FOTO

Sharing is caring!

Ermənilərin törətdikləri genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nail Abbasov Oğuz rayonunda dəfn edilib.

Oxu.Az-ın məlumatına görə, dəfn mərasimində onun döyüş yoldaşları, yaxınları, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidimiz rayonun Qarabaldır kənd qəbiristanlığında torpağa tapşırılıb.

N.Abbasov nişanlı idi.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə səkkiz hərbi qulluqçusu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir