Cəmiyyət

Nazir: “Azərbaycan müəlliminin rifah səviyyəsinin qaldırılması vacibdir”

Sharing is caring!

“Qarşımızdakı 5 tədris ili ərzində müəllimlərin hər biri sertifikasiyaya cəlb olunacaq”.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmirullayev deyib.

O bildirib ki, uğur qazanan müəllimlərə əlavələrin verilməsi planlaşdırılır:

“MİQ imtahanlarından keçən, 5 il təcrübəsi olan müəllimləri yaxın günlərdə sertifikasiya cəlb edəcəyik. Beş il təcrübənin üç və yaxud iki ilə qədər azaldılması ilə bağlı müzakirələrə açığıq. Biz icra edən orqanıq. Qanunvericilikdə dəyişiklik olarsa da, biz buna etiraz etmərik. Bəlli bir müddətin olmasının tərəfdarıyıq”.

Nazir onu da vurğulayıb ki, Azərbaycan müəlliminin rifah səviyyəsinin qaldırılması vacibdir:

“Təhsilimizin ən aparıcı elementi müəllimlərdir. Nazirliyin üzərinə düşən bütün öhdəliklər vaxtında icra edilməlidir. Biz müəllimlərin yanındayıq. Minlərlə müəllimimiz sentyabr ayından başlayaraq əməkhaqlarında artımı hiss edəcək. Bu yolda biz mərhələlərlə Azərbaycan gələcəyinin daha bacarıqlı, hazırlıqlı olmasını görəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir