Cəmiyyət

Assosiasiya sədri: “Mədəniyyət hər bir insanın həyatına toxunan anlayış və gücdür”

Sharing is caring!

“Mədəniyyət hər bir insanın həyatına toxunan anlayış və gücdür”.

Oxu.Az xəbər verir ki, bunu “Cultural Network House” Assosiasiyasının təqdimat mərasimində qurumun sədri Aynur Süleymanzadə deyib.

Onun sözlərinə görə, assosiasiyada ustad dərsləri, “Biz sənətkarıq”, “Art-terapiya” kimi bir neçə mədəniyyət tədbiri həyata keçirilib.

A.Süleymanzadə eyni zamanda “Sənətə toxunuş” adlı layihənin qrant mükafatına layiq görüldüyünü əlavə edib.

Qeyd edək ki, layihənin məqsədi sosial-psixoloji vəziyyəti gərgin olan və sığınacaqlarda yaşayan ana və uşaqlarda art-terapiya metodu vasitəsilə emosional vəziyyətin yaxşılaşdırılması və stresin azaldılmasına, özgüvənin artırılmasına dəstək olmaqdır.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir