Cəmiyyət

Amerikalı səyyah: “Azad edilmiş ərazilərdə tərəqqinin şahidi oluruq”

Sharing is caring!

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə hər səfərimiz zamanı tərəqqinin şahidi oluruq”.

Bunu ABŞ-ın MTP (“Most Travelled People”) klubunun təsisçisi Çarlz Veley APA-ya açıqlamasında deyib.

O, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinin cəlbedici nəticələrinin olduğunu vurğulayıb.

“Qarabağa son 12 ay ərzində üç dəfə səfər etmişəm. Biz, həqiqətən də, burada hər dəfə tərəqqinin şahidi oluruq. 30 illik işğal nəticəsində dağıntılar var idi, indi isə azərbaycanlılar burada tikinti aparırlar. Hər dəfə səfərim zamanı yeniliklərlə qarşılaşmışam. Məsələn, budəfəki səfərimizdə artıq biz Şuşada hotelin inşasının başa çatdığını gördük. O, çox cəlbedicidir. Həmçinin Şuşaya uzanan Zəfər yolu var, indi onunla yanaşı, daha sürətli yol, yeni körpülər inşa edilir. Azərbaycanın bərpa işləri çox müsbət istiqamətdə irəliləyir”, – səyyah vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir