Cəmiyyət

Gəncədə iki avtomobil toqquşdu: Sürücü öldü

Sharing is caring!

Sentyabrın 7-də saat 23 radələrində Gəncə şəhərinin “28 May” küçəsində şəhər sakini M.Əliyevin idarə etdiyi “Opel” və Daşkəsən rayon sakini Bevdalı Allahverdiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumatda bildirilib.

Nəticədə B.Allahverdiyev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib. 

Gəncə ŞBPİ-nin 3-cü Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir