Cəmiyyət

Məzuniyyətdən qayıdan paytaxt sakini evini tanıya bilmədi – VİDEO

Sharing is caring!


Paytaxt sakini məzuniyyətdən qayıtdıqdan sonra evini tanıya bilməyib.

Xezerxeber.az-ın məlumatına görə, Elmira Həsənova iddia edir ki, illərdir yaşadığı evin qarşısı qonşusu tərəfindən qanunsuz olaraq zəbt edilib.

Bu azmış kimi qonşusunun tikdirdiyi üç mərtəbəli evin tavanından gələn yağış suları da onun mənzilinə dolur. Bir sözlə, bir qonşunun mənzili digər qonşunun evini gün işığına həsrət qoyub.

E.Həsənova deyir ki, dəfələrlə tikintinin dayandırılmasını istəsə də qonşusu buna məhəl qoymayıb.

Yeni tikilinin sahibi Reyhan Ramazanova isə deyir ki, köhnə mənzilini rəsmi sənədlər əsasında yeniləyib.

R. Ramazanovanın təqdim etdiyi sənədlərdə isə tikintinin aparılmasına yox, yalnız qeyri-yaşayış sahəsinin bərpasına icazə verildiyi qeyd olunub.

Nərimanov Rayon İcra Hakimiyyətindən isə məsələnin araşdırılacağı bildirilib.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir