Cəmiyyət

Paytaxtda güclü küləyin aşırdığı irigövdəli ağacın yerinə çinar əkdilər – FOTO

Sharing is caring!

Güclü külək səbəbindən Bakıda bir neçə rayonda ağaclar sınıb. 

Oxu.Az xəbər verir ki, güclü külək daha çox Səbail rayonu ərazisində fəsadlara yol açıb. 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Səbail rayonu Axundov parkı ilə üzbəüzdə olan ağaclar güclü külək səbəbindən ziyan görüb:

“Lermontov küçəsi, 2 saylı poliklinikanın qarşısında irigövdəli qovaq ağacı sınıb. Dərhal əraziyə əməkdaşlar cəlb olunublar. Sınan qovaq ağacı ərazidən götürülüb və yeri təmizlənib. Onun yerinə birlik əməkdaşlar tərəfindən çinar ağacı əkilib və aqrotexniki qulluq göstərilib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir