Dünya

Roma Papası öz varisini açıqladı

Sharing is caring!


Roma Papası Fransisk XXIV İohannın onun Müqəddəs Pyotr taxtında varisi ola biləcəyini güman edib.

“Əminəm ki, əgər mən Vyetnama getməsəm, onda XXIV İohann gedəcək, amma bu, mütləq baş verəcək”, – Monqolustandan qayıdan Fransisk yolda jurnalistlərin Vyetnama mümkün gələcək səfərlə bağlı sualını cavablandırarkən deyib.

O, həmçinin Müqəddəs Taxt-Tac ilə Vyetnam arasında əlaqələrin müsbət inkişafını yüksək qiymətləndirib.

Qeyd edək ki, 86 yaşlı Papa ona əvvəlki kimi səyahət etməyə imkan verməyən müəyyən sağlamlıq problemləri yaşadığını gizlətmir. Bir neçə ay əvvəl o, son iki il ərzində ikinci qarın boşluğu əməliyyatını keçirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir