Cəmiyyət

Ukraynada itkin düşən azərbaycanlı ailə məhv olub: Yanmış meyitləri tapıldı – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. 

O bildirib ki, ötən gecə Rusiya Silahlı Qüvvələri tərəfindən Donetsk vilayətinə 25 aviazərbə endirilib.

“Donetskdə itkin düşən azərbaycanlılardan dördünün yanmış cəsədi Avdeyevka şəhəri istiqamətində tapılıb. Həlak olanlar Rasim Məmmədov, həyat yoldaşı Ruslana Məmmədova və onların iki yeniyetmə övladlarıdır”, – deyə qeyd edilib.

Həmçinin bildirilib ki, Xarkov vilayətində daha bir azərbaycanlı − könüllülük fəaliyyəti ilə məşğul olan Aqil Qəmbərov itkin düşüb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir