Cəmiyyət

Prokurorluq orqanlarında yeni TƏYİNATLAR

Sharing is caring!

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Qaradağ rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.

Digər bir əmrlə Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini, Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə isə vəzifəsindən azad edilərək Suraxanı rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Tural Haqverdiyev vəzifəsindən azad edilərək Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini təyin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir