Cəmiyyət

30 il sonra arzuları gerçəkləşən Ağalı sakinlərinin yaşayacağı mənzillərdən görüntülər – VİDEO

Sharing is caring!

Böyük qayıdışın birinci mərhələsi üzrə 10 ailə artıq Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.

Baku TV-nin əməkdaşı 30 il sonra arzuları gerçəkləşən sakinlərə təqdim edilən mənzillərdə onlar üçün yaradılmış şəraitlə tanış olub.

İllər sonra öz yurdlarına ayaq basan Ağalı sakinləri ilk təəssüratlarını da bölüşüb.

“Biz 30 ili Bakıda yaşamamışdıq, həyatımız donmuşdu, bundan sonra davam edəcək”, – deyə sakinlərdən biri deyib.

Azərbaycanda ilk dəfə “Ağıllı kənd” konsepsiyası əsasında qurulan Ağalı kəndində evlər su enerjisindən istifadə etməklə qızdırılır, Günəş enerjisi vasitəsilə isə işıqlandırılır. Bu da qardaş Türkiyənin şirkətlərindən birinin “Arximed” layihəsi əsasında qurulub. Ağıllı kəndin digər üstünlüyü isə dövlət xidmətlərindən rayon mərkəzinə getmədən istifadədir. Kənd meydanındakı Dövlət Xidmətləri Mərkəzində vətəndaş onlayn müraciətlə işini həll edə biləcək.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir