Cəmiyyət

Azərbaycanda minatəmizləmə üçün yeni texnika hazırlanıb, Qarabağda sınaqdan keçirilib

Sharing is caring!

“İmprotex” şirkəti Azərbaycanda minatəmizləmə üçün yeni texnika hazırlayıb. Qiyməti də digər ölkələrə nisbətən 25 faiz ucuzdur”.

Bunu “Report”a açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

Onun sözlərinə görə, artıq şirkətin hazırladığı avadanlıqlar Qarabağda sınaqdan keçirilib:

“Mənfur qonşularımız tərəfindən ərazilərimizin böyük hissəsi minalanıb. Onların verdiyi xəritələrin isə 25 faizi düzdür, qalanı isə yalandır. Heç özləri də bilmirlər ki, minaları harada basdırıblar. Minatəmizləmə ilə bağlı hazırda aktiv işlər aparılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir