Cəmiyyət

Şirvanda qardaşı ilə münaqişə edən kişi damarlarını kəsərək Kürə atılıb – TƏFƏRRÜAT

Sharing is caring!

Üç gün əvvəl Şirvanda özünü Kür çayına ataraq intihar edən şəxslə bağlı bəzi faktlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şirvandan Sabirabada gedən yolun üzərindəki körpüdən özünü çaya ataraq həyatına son qoyan Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Hüseynov Səyyad Ağasəf oğlu olub.

İlkin araşdırmalar zamanı hadisənin ailə münaqişəsi zəminində baş verdiyi məlum olub. Qardaşı ilə münaqişə yaşayan 40 yaşlı kişi daha sonra körpü istiqamətinə gedərək damarlarını kəsib və özünü hündürlükdən suya atıb. Onun meyiti bir neçə saat sonra FHN-in xilasediciləri tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir