Cəmiyyət

6 yaşlı Zəhranın anası yardım gözləyir: “Balam ətrafdakılara möhtac qalıb, yeriyə bilmir” – FOTO

Sharing is caring!

2016-cı il təvəllüdlü Əsədova Zəhra Bəxtiyar qızı “Spina bifina” adlı xəstəlikdən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Əsədova Leyla Tofiq qızı məlumat verib.

O qeyd edib ki, övladı doğulduğu zaman onda bel-oma və büzdüm sümüyü aşkarlanmayıb:

“Onun beldən aşağısı tam deformasiya olunub. Nəcis və sidik ifrazı qeyri-iradidir. Qızımın 6 yaşı olmasına baxmayaraq, yeriyə bilmir və ətrafdakıların köməyinə möhtacdır. Həmçinin Zəhranın diz və topuq oynaqları da deformasiya olunub. 90 faiz bağırsaqları əməliyyatla çıxarılıb. Zəhra təcili əməliyyat olunmalıdır. Hər iki çanağına implant qoyulacaq. Bunun üçün Türkiyədə özəl klinikalardan birindən bizdən 20 min manat pul tələb edilir. Bu pulun cəmi 4 minini toplaya bilmişik. İmkanlı şəxslərdən xahiş edirəm balamın yeriməsi üçün mənə kömək etsinlər”.

Ailə ilə əlaqə: 055 982 76 26 / 070 982 76 26

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir