Cəmiyyət

Bakıdakı güclü yanğınla bağlı RƏSMİ MƏLUMAT – YENİLƏNİB – VİDEO

Sharing is caring!

Bakının Xətai rayonu, S. Mehmandarov küçəsində açıq ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

İlkin məlumata görə, yol kənarında təqribən 500 m² sahədə təkər tullantıları yanıb.

18:39

Bakıda təkər tullantıları yanır.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov küçəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, yol kənarında təqribən 500 m² sahədə təkər tullantıları yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

17:36

Bakının Günəşli qəsəbəsində yanğın başlayıb.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına video göndərilib.

Məlumatda otluq ərazinin yandığı bildirilir.

Ətraflı videonu təqdim edirik:

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.Az (@oxuaz)

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir