Cəmiyyət

Sabahkı brifinqin saatı açıqlandı – Yenilənib

Yeni tədris ilinin başlanmasına bir həftə qalsa da, hələ də ictimaiyyətə qaydalarla bağlı heç bir açıqlama verilməyib. Bu səbəbdən jurnalistlər müxtəlif mənbələrdən əldə etdikləri informasiyaları yayır. Təhsil Nazirliyi isə öz növbəsində həmin informasiyaları yalnız təkzib etməklə kifayətlənir

qurumun Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov bir qədər əvvəl sosial şəbəkələrdə təhsil naziri Emin Əmrullayevin sabah suallara cavab verəcəyini bildirib.

Qeyd edək ki, sabahkı tədbirin də hansı formatda keçiriləcəyi ilə bağlı heç bir məlumat verilməyib.

***

Təhsil Nazirliyindən bildirilib ki, yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

Brifinq AzTV və Təhsil TV-də canlı yayımlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir