Cəmiyyət

Məktəblərdə “Son zəng” keçiriləcək

“Bu il məktəblərdə “Son zəng” tədbirləri təşkil olunacaq”.

“XəbərAl.az” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilib:

“Cavab müsbətdir. Müəyyən sadə şərtlər daxilində “Son zəng” tədbirləri təşkil olunacaq”.

Nazir əlavə edib ki, tədbirlərlə bağlı sabah əlavə şərtlər açıqlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir