Cəmiyyət

Bu axşam bulvarda atəşfəşanlıq olacaq

Bu gün Vətən müharibəsindəki qələbə münasibətilə təşkil edilən Zəfər paradının ardından qalibiyyət tədbirləri davam etdiriləcək.

XəbərAl.az xəbər verir ki, axşam 19:00 – 20:00 radələrində Bakı bulvarında möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.

Əldə etdiyimiz digər məlumata görə, pandemiya, həmçinin qüvvədə olan “Hərbi vəziyyət haqqında” Qanunun tələblərindən irəli gələrək, vətəndaşların komendant saatına düşməməsi üçün əvvəlcədən bu barədə ictimaiyyətə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir