Cəmiyyət

Salyan rayonundan yalan məlumat yayan sayt barəsində məhkəmə orqanlarına müraciət edilib

Sharing is caring!

TƏKZİB

18 may 2020-ci il tarixində “Gündemxeber.az” saytında “Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?” başlığı altında məqalə verilmişdir.
Bildiririk ki, heç bir fakta əsaslanmayan, məqalədə qeyd edildiyi kimi “sosial şəbəkələrdə gedən müzakirələrdə və mətbuatda yayılan informasiyalardan belə nəticəyə gəlmək olur” kimi yalnız fərziyyələr əsasında yazılmış məqalə həqiqəti əks etdirmir, böhtan və şantaj xarakterlidir.
Məqalədə rayonda olan neqativ hal kimi S.Hətəmovla rayon İcra hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov arasında guya qarşıdurma olduğunu, qarşıdurmanın səbəbi kimi E.Hüseynovun vəzifədən uzaqlaşdırma istəyinin dayandığı bildirilir.
Bildiririk ki, rayonda hər hansı bir qarşıdurma yoxdur və bütün dövlət orqanları, eləcə də vəzifəli şəxslər öz fəaliyyətlərini davam etdirirlər.
Bütün bunları xarici qrantlar hesabına yaşamağa öyrənmiş, ölkəmizdə olan sabitliyi hər cəhdlə pozmağa çalışan, respublikamızın bu günki iqtisadi inkişafını gözü götürməyən, qara yaxmağa öyrənmiş qüvvələrin işi hesab edir və belə halları qətiyyətlə pisləyirik.
Jurnalistika haqqında qanunun tələblərini pozaraq müvafiq araşdırma aparmadan, özlərinə sərf etdiyi kimi, yalnız reytinq qazanmaq, maddi durumunu yaxşılaşdırmaq xətrinə bu kimi məqalələrin elektron informasiya vasitələrində verilməsinə qətiyyətlə etiraz edirik.
Qeyd olunan məqaləni rayon rəhbərliyinin apardığı işlərə kölgə salmaq, onun nüfuzuna xələl gətirmək, qara yaxmaq cəhdi kimi qiymətləndirilmiş və bununla əlaqədar məhkəmə orqanlarına müraciət edilmişdir.