Cəmiyyət

Ən yaxın zibil qutusu iki kilometr uzaqdadır – VİDEO

Sharing is caring!

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, döngə 2 ünvanında yaşayan sakinlərin problemi kustar üsulla hazırlanan kanalizasiya sistemi və zibil konteynerləridir.

Baku.Tv xəbər verir ki, sakinlərin sözlərinə görə, hər gün kanalizasiyadan daşan çirkab suları qapılarının ağzına, həyətlərinə və evlərinin altına yığılır.

Ərazidə zibil üçün konteynerlərin olmaması küçələrdə zibil qalaqlarının yığılmasına səbəb olur. Burada yaşayanların dediyinə əsasən, həmin əraziyə ən yaxın zibil qutusu bir neçə kilometr kənardadır.

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətindən bildirdilər ki, yaxın zamanlarda həmin ərazidə kanalizasiya çəkilməsi və zibil konteynerlərinin qoyulması nəzərdə tutulub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.