Cəmiyyət

İcra başçısı sarıdan bəxti gətirməyən ŞAMAXI

Azərbaycanın müstəqilliyi dövründə Şamaxıda İcra hakimiyyəti başçısı vəzifəsini tutan şəxslər arasında 2013-2018-ci illərdə işləmiş hazırda Beyləqanın İcra başçısı işləyən Asif Ağayev öz işbilməzliyi ,bacarıqsılzlığı və tənbəlliyi ilə özündən əvvəlki başçıların hamısını geridə qoyurdu.

O,Şamaxıda yaşadığı qonaq evi ilə iş yerinə gedən yoldan başqa heç bir küçəni ,heç bir məhəlləni görmədi ,hər gün 7 saat kresloda oturub çay içməklə iş gününü başa vururdu. Bir sözlə çox vecsiz toyda oynamaz ,vayda ağlamaz adam idi. Lakin ,hazırda Şamaxı rayon İcra Hakimiyyəti başçısı işləyən Tahir Məmmədov Asif Ağayevin atasına rəhmət oxutdurur. 2018-ci il oktyabrın 30-da Tahir Məmmədov Şamaxıya İcra Hakimiyyətinin başçısı təyin olunanda bütün Şamaxılılar sevindilər. Sevindilər ona görə ki, həm Asif Ağayevin 5 illik fəaliyyətsizliyindən və həm də yeni təyinat almış Tahir Məmmədovun cavanlığı onun Heydər Əliyev fondundan gəlməsi idi. Çox təəsüf ki, Şamaxılıların sevinci çox çəkmədi,Tahir Məmmədov fəaliyyəti başladıqdan 2 ay sonar hər şey aydınlaşdı. Qısa müddətdə aydın oldu ki, Tahir Məmmədov mələk donuna girmiş əsl tülküdür. Rayona başçı təyin olunanda özü ilə sürücü, maliyyə işlərinə baxan köməkçi ,pul yığmaq işinə baxan köməkçi ,

tikintiləri layihətləndirən köməkçi, təhsil şöbəsinin müdiri , K/T şöbəsinin müdiri gətirmişdir. Məyər Şamaxıda bu işlərə mütəxəssislər yoxdur? əlbəttə var ! Lap istənilən sayda. Hələ keçən əsrin 70-80-cı illərində Respublikanın rayonların 21-də 1-ci katiblər Şamaxılılar idi , özüdə onların hamısı H.Əliyevin kadrları idi. Həmin illərdə Şamaxı Respublikanın kadr məktəbi idi.

İndi köməkçi Yaqub Yaqubov Şamaxının həm İcra başçısı ,həm prokuroru, həm polis rəisidir. Yaqubsuz heç kim ev tikə bilməz, hər hansı bir işə qəbul oluna bilməz, hətta uşaq bağçasında tərbiyəçi də Yaqubun bığının altından keçdikdən sonra işə qəbul olunur. Şamaxıda heç bir idarə,müəssisə, məktəb, texnikom, xəstəxananın rəhbərləri sərbəst hərəkət edib öz funksiyalarını yerinə yetirə bilməzlər.Onlar ancaq Yaqubun əmrlərini yerinə yetirirlər.Hətta xadiməni də Yaqubun göstərişi olmadan işə götürə bilməzlər. Bütün bunlar isə Yaqub Yaqubovun qudurmasına gətirib çıxarmışdır. Zəlzələdən zərər çəkmiş evlərin sahibləri Yaqub Yaqubovun qəbulunda olarkən o, belə bir təhqiramiz ifadə işlətmişdir “ Şamaxıda kişi yoxdur , qəbula qadınlar gəlir”. Yaqub Yaqubov nəinki bələdiyyə sədrlərini və onların müavinlərini ,hətta bələdiyyə üzvlərini də özü təyin edir, Seçki məntəqələrinə siyahı təqdim edir, bu 9 nəfər səs toplamalıdır. Bütün 35 bələdiyyə sənədlərinin hamısının pullarını Yaqub Yaqubov toplamışdır.Heç bir bələdiyyə sədri kənarda qalmamışdır. Axşam saat 6-da iş vaxtı qurtarır.Yaqub Yaqubov gecə saat 10-a qədər yenidən bələdiyyə sədri seçilmək istəyənləri növbə ilə qəbul edir. Tikinti sektoruna Tahir Məmmədovun xalası oğlu Araz rəhbərlik edir. Onun razılığı olmadan heç kim daşı daş üstünə qoya bilməz. Bütün layihələri o tərtib etməlidir, başqa heç kim. Bir sözlə Tahir Məmmədov Şamaxını sanki icarəyə götürüb öz bildiyi kimi idarə edir.Zəlzələdən zərər çəkmiş evlərin təmirinə Yaqub Yaqubovun icazəsindən sonra başlanır.

Kadr Məsələlərini də Yaqub Yaqubov həll edir.Kadrları vəzifələrə dostbazlıq və rüşvət müqabilində təyin edirlər. Diqqət edin: 5 vəzifəyə dalbadal rayonun Göylər kəndindən olan kadrlar yerləşdirilib.

1.Təhsil şöbəsinin müdiri –Göylər.

2.Səhiyyə şöbəsinin müdiri –Göylər.

3.Çaylı kəndi üzrə nümayəndə -Göylər.

4.Şəhriyar qəsəbəsi üzrə nümayəndə -Göylər.

5.Aqrar inkişaf mərkəzinin müdiri –Göylər.

Bu kadrların 5-i də dostbazlıq prinsipi üzrə Yaqub Yaqubovun tələbə yoldaşı vasitəsilə pulları alınaraq vəzifəyə təyin edilib. Respublikanın 30%-ni kadrla təmin edən Şamaxı, Yaqub kimi gədanın əlində girinc olub qalıb.Amma burada Şamaxıdır ,Gəncədəki Yunis Səfərovdan biri də Şamaxıda tapılacaqdır. Boz kardinal “ və” Yaqub Tatarov “ləqəbi qazanmış köməkçi eyni zamanda Azərbaycan müəllimlər İnstitutunun Şamaxı filialında dərs deyir. Tahir Məmmədov,Yaqub Yaqubov, Araz, Akif və s. yaratdıqları korrupsiya şəbəkəsi Şamaxını talan edir. İşlədikləri 1 il 3ay müddətində 1manat dəyərində iş görməyiblər. Bir dənədə olsun iş yeri açılmayıb” küçələr bərbad vəziyyətdə, rüşvətxorluq bütün sahələri bürüyüb. Çox acınacaqlı vəziyyət yaranıb Şamaxıda. Tahir Məmmədov dəb-dəbəli şəkildə yeni il gecəsini Meysəri kəndində yerləşən “ABQORA” restoranında keçirmiş,sərxoş vəziyyətdə olan başçı özünüidarə edə bilmədiyindən yıxılmış və sürücüsü tərəfindən evə aparılıb.Bir ay əvvəl bələdiyyə seçkiləri keçirildi.Adı seçki idi.

Tahir Məmmədovla Yaqub Tatarovun siyahısı üzrə bələdiyyələr təyin edildi. Rayonun Şəhriyar qəsəbəsinə bələdiyyə sədri postuna Mikayılov Sabir Şahsəddin oğlu təyin edildi.Sabir Mikayılov həkim komissiyasının yekdil rəyi ilə ordu sıralarına yararsız hesab edilib. Onu xəstəliklər cədvəlinin 22-C maddəsinə görə komissovat ediblər.Halbuki qanunvericilikdə belə xəstələrə vəzifə etibar etmək olmaz. Hətta belə xəstələrə sürücülük vəsiqəsi də vermirlər.Hüquqşunaslar yaxşı bilirlər belə xəstələr adam öldürdük də belə cinayət məsuliyyətinə cəlb edilmirlər. Belələrinə el arasında ,,Dəli” deyirlər. Azərbaycan Müəllimlər institutunun müəllimi Mayıl Alcanov vasitəsiilə Yaqub Tatarova 25.000 manat çatdırıldıqdan sonra bu Sövdələşmə baş tutmuşdur. Yerdə qalan 34 bələdiyyə sədrinin hamısı Yaqub Tatarovun bu çirkin əməlləri vasitəsilə təyin olunmuşlar.Yaqub Tatarovun çirkin əməlləri bununla bitmir. Əslən rayonun Göylər kəndindən olan 2015-ci ildə keçmiş başçı Asıf Ağayev tərəfindən işdən qovulan, 4 il küçələrdə avaralanan İxtiyar Xəlilovu da Şəhriyar qəsəbə İcra nümayəndəsi təyin edirlər, İxtiyar Xəlilovu əvvəlcə “ Təmiz Şəhər” MMC- yə, iki aydan sonra Şəhriyar qəsəbəsinə nümayəndə təyin edirlər.Əlbəttə Yaqub Tatarova haqqı çatdıqdan sonra.

Tahir Məmmədov və Yaqub Tatarov Şamaxıya gələr gəlməz özləri ilə uğursuzluqlar da gətirdilər. Bir yandan zəlzələ, digər tərəfdən isə havaların həddən artıq quraq keçməsidir. Bu bədmüşküflər Şamaxıya gələn yerdə ayaqlarına daş dəyəydi. Çox uğursuz, bədniyyət, murdar insanlardır. Bunların bu pis niyyətlərinə, ədalətsiz işlərinə, görə qışın oğlan çağında yağışa, qara da həsrət qalmışıq. Allah bunların daşını atsın. Bu iki nəfər Tahir Məmmədov və Yaqub Yaqubov “Tatarov” Şamaxıya vəzifəyə gəldikləri gündən xalqın xeyrinə iş görmək,iş yerləri açmaq barədə yox,ancaq pul toplamağı qarşılarına məqsəd qoymuşlar.Şəhriyar qəsəbə nümayəndəsinin müavini Elsevər Qəhrəmanov Yaqub Tatarovla məsləhətləşərək sosial yardım almaq istəyən qəsəbə sakinlərinin hər birinə 1000 manat müqabilində saxta arayışlar təqdim edərək küllü miqdarda dövlət vəsaitini mənimsəmişlər. Məsələnin üstü açıldıqda yardımların verilməsi dayandırılmışdır. Lakin Elsevərə verdikləri 1000 manatı geri ala bilmirlər, deyir pulları Yaquba vermişəm. Görün Şamaxı nə günlərə qalıb, Yaqub kimi gəda burada at oynadır. Allah rəhmət eləsin böyük Sabirə “Nə xalqıq, nə millətik biz, kəsilməliykən başımız kəsilir sünnətimiz”.

Bu kəlamdan sonra nəsə yazmaq artıqdır.