Cəmiyyət

Zaur Mirzəzadənin işi yenidən araşdırılacaq

Sharing is caring!

Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Xeberal.az-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda məhkum şəxs barəsindəki qərar ləğv edilib.

Zaur Mirzəzadənin vəkili Kamran Musayev bildirib ki, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Baxış iclası yaxın günlərdə keçiriləcək.

Xatırladaq ki, Zaur Mirzəzadə və daha dörd nəfər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə beş il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.

Zaur Mirzəzadə həm də “bakutime.az”, “xalq.az” saytlarının rəhbəri idi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir