Bu gün Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovun doğum günüdür.
Bu gün E. Sultanovun 57 yaşı tamam olur.
E. Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub.
O, orta təhsilini 1969-1979-cu illərdə alıb. Daha sonra ali təhsil alaraq iki ixtisasa sahib olub.
Belə ki, E. Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisi sədrinin köməkçisi, 2007-ci ildən prokurorluq orqanlarında – Baş
Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.
2008-ci ildən isə E. Sultanov Respublika Prokurorluğunun Mətbuat Xidmətinə rəhbərlik edir.