Bölgə

Kürdəmirdə şəhid adını daşıyan küçə baxımsız haldadır – FOTO+VİDEO

Sharing is caring!

Xəbəral.az-ın verdiyi xəbərə görə, Kürdəmir rayonun şəhid Tural Qurbanov küçəsidə ki, yol sakinlərə müəyyən problemlər yaradır. Yaz mövsümündə hava şəraitinin yağıntılı keçməsi nəticəsində yoldakı vəziyyət daha da pisləşib. Həm piyada, həm də avtomobillə yolu keçmək müşkülə çevrilib.

Problem odur ki, küçə guya şəhidin adınadır. Şəhidin adına olan küçə belə olar, bu gündə olar? Kimsə xəstə olanda təcili yardım bura girə bilmir, nə işıqlanma var, nə asfalt var, heç bir şey yoxdur. Uşaqlar məktəbə gedə bilmirlər.Bərbad haldadır, heç kim küçəyə baxmır.

Sual yararanır ki, Kürdəmir rayon icra hakimiyyəti və aidiyyatı qurumlar hara baxır?

Allah bütün şəhidlərimizə rəhmət etsin. 44 günlük Vətən müharibəsi zamanı Ali baş komandanımız İlham Əliyevin, Azərbaycan ordusunun zabit, əsgər heyyətinin, igid könüllü gənclərimizin qəhrəmanlığı ilə, “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad oldu. Respublikamızın hər yerində olduğu kimi Kürdəmirlilər də Azərbaycan prezidentinin qismən hərbi səfərbərlik çağırışına səs verərək könüllü olaraq düşmənlə üz-üzə,qanlı döyüşlərə böyük ruh yüksəkliyi ilə cəbhəyə gediblər. Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalması, torpaqlarımız düşmən tapdağından azad olundu.

Sözügedən yolun bərbad olması haqqında videonu sizlərə təqdim edirik.

https://youtube.com/shorts/-gUTqJZI_j4?feature=share

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir