Bölgə

İcra başçısı özünə yeni qadın müavin təyin etdi – FOTO

Sharing is caring!

Naftalan Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.


Xəbəral.az “Report”a istinadən xəbər verir ki, Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov özünə yeni müavin təyin edib.


Belə ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə Hüseynova Kəmalə İsfəndiyar qızı təyin olunub.


O, bundan öncə böyük məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi çalışıb.


Qeyd edək ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində öncə Afət Cabbarova çalışıb. O, bir neçə ay öncə həmin vəzifədən azad olunub.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir