Bölgə

Gediş haqqını 40 qəpik etdilər – Video

Sharing is caring!

Ağdaş rayonunda ictimai nəqliyyatda qiymətlər süni olaraq artırılıb.

XəbərAl.az xəbər verir ki, Ağdaşda istər şəhər daxili, istərsə də qəsəbə və kəndlərə hərəkət edən marşrut xətlərində gediş haqları bütün xətlər üzrə süni şəkildə 10 qəpik artırılıb.

Məsələ ilə bağlı Göyçay Avtomobil Nəqliyyatı Xidmətinin Göyçay Regional şöbəsindən bildiriblər ki, bu kimi halların baş verməməsi üçün əməkdaşlarımız tərəfindən mütəmadi olaraq reydlər keçirilir:

“Süni qiymət artımına yol verən sürücü və sahibkarlar barəsində protokollar tərtib edilib. Artıq şöbəyə Ağdaş rayon ərazisində sürücü və sahibkarlar tərəfindən süni qiymət artımı ilə bağlı şikayətlər daxil olub. Bununla bağlı Ağdaş rayonunda reydlər keçirilib. Qanunsuz gediş haqqını qaldıran sürücülər barəsində protokollar yazılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir