Bölgə

Şabran rayon Qazma kənd sakinləri yolsuzluqdan əziyyət çəkirlər – FOTOLAR

Sharing is caring!

Yol mədəniyyət, iqtisadiyyat ən əsası isə həyatdır. Lakin Şabran rayonunun Qazma kəndinin sakinləri bu dəyərlərdən uzaq düşüblər. Kənddaxili yolların acınacaqlı vəziyyətdə olması sakinlərə sözün əsl mənasında məşəqqət yaşadır. Yayda toz, payız və qış aylarında isə palçıq səbəbindən həm avtomobillərin həm də piyadaların hərəkətində ciddi çətinlik yaranır.

Xəbəral.az xəbər verir ki, sakinlərinin sözlərinə görə, yol problemi ilə bağlı müraciət etmədikləri orqan, döymədikləri qapı qalmayıb. Bununla belə quru vəddən başqa heç nə görməyiblər.

Ümid edirik bu yazımız aidiyyatı qurumları hərəkətə gətirəcək, tezliklə Qazmalılar normal yolla hərəkət edəcək.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Hazırladı: Günay Atayeva

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir