Siyasət

Beynəlxalq Gənclər Günü münasibətilə “YouthLand23” tədbiri keçirildi – FOTO

Sharing is caring!


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə “Beynəlxalq fəaliyyətlər ayı” çərçivəsində Gənclər Təşkilatlarının Resurs Mərkəzində “YouthLand23” tədbiri keçirilib.

Oxu.Az xəbər evrir ki, tədbirin həyata keçirilməsində əsas məqsəd 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə gənclər üçün bir sıra əhəmiyyətli mövzularda təlim və sessiyalar həyata keçirməkdən ibarətdir. Bununla yanaşı, layihənin digər məqsədi ölkəmizdə yaşayan, təhsil alan, yaxud işləyən beynəlxalq təşkilatların nümayəndələri və xarici ölkələri təmsil edən gənclərlə, yerli gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin qarşılıqlı əməkdaşlığını təmin etmək olub.

Tədbir rəsmi açılış mərasimi ilə işinə başlayıb.

İlk olaraq NAYORA-nın sədri Azər Əliyev çıxış edərək, Beynəlxalq Gənclər Günü ilə bağlı gəncləri təbrik edib və tədbir haqqında ümumi məlumat verib.

Tədbirin rəsmi qonaqlarından gənclər və idman naziri Fərid Qayıbov, BMT-nin resident əlaqələndirmə ofisinin rəhbəri Kanako Mabuchi, millət vəkili Məzahir Əfəndiyev, Gənclər Fondunun İcraçı direktorunun müavini Orxan Ərəbov olub.

Proqrama uyğun “Effektiv qərarvermənin idarəçilikdə rolu” mövzusunda Orxan Şahbaz, “IV Sənaye İnqilabı dövründə Emosional intellektin əhəmiyyəti” mövzusunda Biznes kouç və təlimçi Elçin Əzimli, “Gənclərlə iş müxtəlif ölkələrdə” mövzusunda beynəlxalq platformalı təşkilatların sədrlərinin spikerliyi ilə panel müzakirəsi, “İdeyanın startapa çevrilməsi” mövzusunda Orxan Abbasovun iştirakı ilə paralel sessiyalar keçirilib.

Təlimlər sessiyası yekunlaşdıqdan sonra ölkəmizdə yaşayan, təhsil alan əcnəbilərin təqdimatında mənsub olduqları ölkələrin, yerli gənclər təşkilatlarının nümayəndələrinin təqdimatında isə təşkilatların sərgisi baş tutub.

Qeyd edək ki, 150-ə yaxın gəncin iştirakı ilə baş tutan tədbirin yekununda əyləncəli yığıncaq keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir