Dünya

Milli Məclisin deputatı Belarusdakı seçkilərdən razı qalıb: “Qüsursuz təşkil edilib”

Belarusdakı seçki kampaniyası qüsursuz təşkil edilib. Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi, MDB Parlamentlərarası Assambleyası Baş katibinin müavini Aydın Cəfərov bildirib. “10-a yaxın seçki məntəqəsində monitorinq aparılıb. Bütün seçki məntəqələri vaxtında açılıb, seçki komissiyalarının üzvləri yerində idilər. Bu, xoş bir kəşf idi – seçki məntəqələri Belarus himni ilə işə başladılar”, – deputat qeyd […]

İdman

“Yuventus” qələbəni son anda qazandı – VİDEO

“Yuventus” və “Frosinone” futbol üzrə İtaliya çempionatının 26-cı turunda qarşılaşıb. Oyun Turin şəhərindəki “Allianz Stadium”da baş tutub və meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2. 3-cü dəqiqədə Duşan Vlahoviç hesabı açaraq “Yuve”ni önə çıxarıb. 11 dəqiqə sonra Xedira tarazlığı bərpa edib. 27-ci dəqiqədə Brescianini qonaqları önə keçirib. Lakin beş dəqiqə sonra Vlahoviç  hesabı bərabərləşdirib. 90+5-ci […]

Müharibə

Krakovda Azərbaycan Evində Xocalı soyqırımının qurbanları yad edilib – FOTO

Polşanın Krakov şəhərində yeni açılmış Azərbaycan Evində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım mərasimi təşkil olunub. Anım mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər. Diaspor Komitəsindən bildirilib ki, ilk olaraq tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik […]

Cəmiyyət

“Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri yekunlaşıb – FOTO

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq “Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri başa çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. O qeyd edib ki, abidənin yerləşdiyi parkda müxtəlif dekorasiyaları əks etdirən gül və kolların əkilməsi həyata keçirilib. Həmçinin Yusif Səfərov küçəsi […]

Müsahibə

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” – FOTO

Xocalı soyqırımının 32 ili tamam olur. Ermənilərin insanlığa qarşı törətdikləri cinayət zamanı yüzlərlə insan əzizlərini – atasını, anasını, qardaşını, bacısını, hətta qundaqdakı günahsız körpəsini itirib. Yüzlərlə azərbaycanlı erməni vandalizminin, qətliamının qurbanı olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən qanlı qırğının ayaq səsləri isə təxminən iki ay öncə, 1991-ci il dekabrın 23-də Xocalı rayonunun […]

İdman

Dünya Kubokunun qalibi: “Portuqaliyalı rəqibim yarışdan əvvəl mənə dedi ki, qızıl medalı alıb gedəcəksən”

“Çox sevinirəm ki, iki ay yarımdır zədə səbəbindən idmandan uzaqlaşmağıma baxmayaraq, qızıl medala yiyələndim”. AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıdakı Dünya Kubokunda qızıl medal qazanan batut gimnastikası və tamblinq üzrə milli komandanın üzvü Mixail Malkin deyib. Gimnast yarışdan əvvəl çətin hərəkətlərdən istifadə etməyi planlaşdırdığını, lakin bunun istədiyi kimi alınmadığını vurğulayıb. İlk çıxışında ona verilən yüksək […]

Cəmiyyət

Bakıda köməksiz qalan azyaşlıların xilas edilməsinin görüntüləri yayılıb – VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binasında köməksiz qalan azyaşlıların xilas edilməsinin görüntüləri yayılıb. Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-nin Xüsusi Riskli […]

Siyasət

Ərdoğan: “Türkiyə Qarabağda qardaşı ilə əl-ələ, çiyin-çiyinə dayanır”

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Adanadakı Vağzal meydanında keçirilən mitinqdə çıxış edib. Türkiyənin qlobal güc olma yolunda sürətli addımlar atdığını ifadə edən Prezident ölkəsinin qardaş Azərbaycanla Qarabağda çiyin-çiyinə dayandığını deyib. “Türkiyə xarici siyasətdə Avropadan təriflər almaq üçün çalışmır, regional güc olmaqdan daha çox qlobal güc olmaq yolunda sürətli addımlar atır. Biz Liviyada və Qarabağdayıq. Türkiyə […]

Siyasət

İtaliya saytı Xocalı soyqırımından yazıb

İtaliyanın “Kmetro0” saytı Xocalı soyqırımı haqqında məqalə dərc edib. AZƏRTAC xəbər verir ki, yazıda fevralın 26-da Azərbaycanın Xocalı şəhərində 32 il əvvəl törədilmiş qətliamın ildönümünün qeyd olunacağı bildirilir. Xocalı qətliamının Qarabağ müharibəsində ən ağır hərbi cinayət və müasir Avropa tarixində ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edilir. Vurğulanır ki, həmin gecə 613 mülki azərbaycanlı, o cümlədən […]

Siyasət

TBMM sədri babasının Bakı və Zəngəzurda ermənilərə qarşı mübarizəsindən danışdı

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə maraqlı açıqlamalar verib. O, Bakı və Zəngəzurda ermənilərə qarşı mübarizə aparan babasından danışıb. “Rəhmətlik babam Numan Kurtulmuş altı cəbhədə savaşmış bir qəhrəmandır. Onun olduğu cəbhələrdən biri də Qafqaz cəbhəsi idi. Nuri paşanın komandanlığı […]