İdman

“Yuventus” qələbəni son anda qazandı – VİDEO

Sharing is caring!


“Yuventus” və “Frosinone” futbol üzrə İtaliya çempionatının 26-cı turunda qarşılaşıb.

Oyun Turin şəhərindəki “Allianz Stadium”da baş tutub və meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.

3-cü dəqiqədə Duşan Vlahoviç hesabı açaraq “Yuve”ni önə çıxarıb. 11 dəqiqə sonra Xedira tarazlığı bərpa edib.

27-ci dəqiqədə Brescianini qonaqları önə keçirib. Lakin beş dəqiqə sonra Vlahoviç  hesabı bərabərləşdirib. 90+5-ci dəqiqədə isə turinlilər Ruqaninin qolu sayəsində qələbə qazanıblar.

Beləliklə, “Yuventus” 55 xal toplayıb. Turin klubu A Seriyasında keçirdiyi 26 oyundan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Frosinone” isə 24 xalla 14-cü yerdədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir