Cəmiyyət

Maştağada 1 saylı internat məktəbində iki yeniyetmə dörd aydır, təhsildən uzaqlaşdırılıb – İDDİA + VİDEO

Maştağada 1 saylı internat tipli tam orta məktəbdə iki yeniyetmənin səbəbsiz yerə təhsildən uzaqlaşdırıldığı iddia olunur. Bununla bağlı Oxu.Az-a şikayət məktubu daxil olub. Təhsildən uzaqlaşdırılan yeniyetmələrin valideyni iddia edir ki, məktəbdə uşaqlara yemək az verilir, uşağa deyiblər ki, “sən gələcəyin narkomanısan”, işçilər valideynlərdən borc pul tələb edirlər. Valideyn qeyd edir ki, məktəbdə tərbiyəçi işləyən Nəsib […]

İqtisadiyyat

Azərbaycan və Böyük Britaniya COP-la bağlı əməkdaşlıq məsələlərini müzakirə edib – FOTO

Azərbaycan və Böyük Britaniya arasında COP-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Oxu.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazir müavini Sahib Məmmədov Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin Beynəlxalq İqlim Maliyyəsi və Strategiyası üzrə direktoru Matt Toombla görüşüb. Azərbaycan rəsmisi iki ölkə arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. […]

Cəmiyyət

Azərbaycan və Böyük Britaniya COP-la bağlı əməkdaşlıq məsələlərini müzakirə edib – FOTO

Azərbaycan və Böyük Britaniya arasında COP-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Oxu.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazir müavini Sahib Məmmədov Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin Beynəlxalq İqlim Maliyyəsi və Strategiyası üzrə direktoru Matt Toombla görüşüb. Azərbaycan rəsmisi iki ölkə arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. […]

Cəmiyyət

Azad olunmuş ərazilərə mart ayı üçün avtobus biletləri satışa çıxarılacaq

Fevralın 23-də, saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə mart ayına olan biletlər satışa çıxarılacaq. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala […]

Dünya

Rusiya XİN: “NATO Ukraynadakı münaqişədə birbaşa iştirakını bəyan edib”

“NATO Kiyevə silah tədarükünün koordinatoru rolunu öz üzərinə götürmək istəyir və Ukraynadakı münaqişədə birbaşa iştirakını açıq şəkildə bəyan edir”. Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib. M.Zaxarova Rusiya ilə Şimali Atlantika Alyansı (NATO) arasında birbaşa toqquşmadan narahatlığını ifadə edib. Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob […]

Siyasət

Aİ-nin qərəzi və ikili standartı – təşkilat Cənubi Qafqazda “ofsaytda” qala bilər – ŞƏRH + FOTO

Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazanmasından, ərazi bütövlüyünü təmin etməsindən, bir sözlə erməni işğalına son qoymasından sonra Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması, sülh prosesi gündəmə gəldi. İlk vaxtlardan etibarən vasitəçilik iddiasında olan əsas siyasi mərkəzlərdən biri Avropa İttifaqıdır (Aİ). Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan lideri İlham Əliyev və […]

Siyasət

Yeni təyin olunan icra başçısı kimdir? – DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili alıb. 2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və […]

Siyasət

Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar DYP-nin sisteminə ötürüləcək

Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya […]

Cəmiyyət

Salyanda yol-nəqliyyat hadisəsi: Xəsarət alanlar var

Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. “Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 18-ci kilometrliyində rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21010 markalı avtomobil anidən idarəetməni itirib, yolun kənarına aşıb. İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına […]

Cəmiyyət

Metbuat.az-ın fəaliyyətə başlamasından 7 il ötür

Bu gün “Metbuat.az” müstəqil xəbər portalının 7 yaşı tamam olur. 2017-ci il fevralın 21-də özəl xəbər istehsalına başlayan sayt daim peşəkar kollektivlə oxucuların xidmətindədir. Saytda xəbər lenti daim yenilənir, ölkədə, regionda və dünyada baş verən hadisələr oxuculara operativ çatdırılır. Portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən xəbər, müsahibə, reportaj, köşələr dərc olunur. Hər zaman […]