Cəmiyyət

Bakıda 67 yaşlı qadını avtomobil vuraraq öldürüb

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Asalıyeva Amalya Nəcməddin qızını vurub. Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Dünya

Qəzzada girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub

Parisdə keçirilən çoxtərəfli məsləhətləşmələrdə Qəzza zolağında saxlanılan girovların İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsinin yenilənmiş şərtləri barədə razılıq əldə olunub. Bu addımdan sonra tərəflər mübadilə ediləcək şəxslərin sayı və konkret siyahısının müzakirəsinə keçə bilərlər. İsrail dövlətinin nümayəndə heyəti Parisdə keçirilən görüşlərin nəticələrinə əsasən hökumətlə məsləhətləşmələr aparmaq üçün İsrailə gedib. Misir, İsrail, Qətər və ABŞ nümayəndələrinin […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: Türk-xristian məbədlərini erməniləşdirmək üçün dağıtdılar – VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Oxu.Az xəbər verir ki, veriliş Qərbi Azərbaycanın Loru mahalında yerləşən Cücəkəndə həsr olunub. Bildirilir ki, kənd Qızıl Orda sərkərdəsi Cuci xanın şərəfinə salınıb. Yazıçı-publisist Miraslan Bəkirli deyir ki, kənddə Qafqaz türkləri yaşayıblar: “Orada qədim Alban kilsələri olub. 1950-ci illərdə kənd əhalisi Yerevana məktubla […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: Türk-xristian məbədlərini erməniləşdirmək üçün dağıtdılar – VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Oxu.Az xəbər verir ki, veriliş Qərbi Azərbaycanın Loru mahalında yerləşən Cücəkəndə həsr olunub. Bildirilir ki, kənd Qızıl Orda sərkərdəsi Cuci xanın şərəfinə salınıb. Yazıçı-publisist Miraslan Bəkirli deyir ki, kənddə Qafqaz türkləri yaşayıblar: “Orada qədim Alban kilsələri olub. 1950-ci illərdə kənd əhalisi Yerevana məktubla […]

İdman

Hari Keynin dublu “Bavariya”ya qələbə qazandırdı – VİDEO

Almaniya Bundesliqasının 23-cü turunda “Bavariya”(Münhen) “Leypsiq” klubları üz-üzə gəlib. Qarşılaşma 2:1 hesabı ilə münhenlilərin xeyrinə başa çatıb. “Bavariya”nın heyətində Hari Keyn dubl ilə yadda qalıb. Bu qələbədən sonra 53 xal toplayan “Bavariya” Bundesliqasının ikinci pilləsində qərarlaşıb. “Bavariya”(Münhen) – “Leypsiq” – 2:1 Xeberal.az

Cəmiyyət

Samuxda yeniyetmə özünü asdı

Samuxda intihar hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Kolayır kəndində qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Nurlan Rəhimli yaşadığı evdə özünü asıb. İntiharın hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır. İlhamə Əbülfət Xeberal.az

Dünya

“Mançester Siti” səfərdə qələbə qazandı – VİDEO

İngiltərə Premyer Liqasının 26-cı turunda “Bornmut” evdə “Mançester Siti” ilə qarşılaşıb. Gərgin keçən oyunda qonaqlar qələbə qazanıb. “Mançester Siti”nin yeganə qolunu yarımmüdafiəçisi Fil Foden vurub. Beləliklə, bu qələbədən sonra “Mançester Siti”nin 59 xalı var. Lider “Liverpul” onları yalnız bir xal qabaqlayır. “Bornmut” – “Mançester Siti” – 0:1 Xeberal.az

İdman

“Qəbələ”də iclas: Daha iki məşqçi yola salındı

“Qəbələ”də daha iki məşqçinin gedişi rəsmiləşib. Prosport.Az-ın məlumatına görə, dünən baş məşqçi Elmar Baxşıyevlə yolları ayıran klub rəhbərliyi bu gün iclas keçirib. İclasın yekununda E.Baxşıyevin məşqçilər korpusunda yer alan Xaqani Məmmədov və Rasim Ramaldanovla da yollar ayrılıb. Bu isə heç də səbəbsiz deyil. Klub hazırda II Liqada “Cəbrayıl” klubunu çalışdıran Cavid Hüseynovu və onun köməkçilərini […]

Cəmiyyət

Bakıda taksi fəaliyyəti ilə məşğul olan “Prius” aşdı – VİDEO

Bakıda “Toyota Prius” markalı maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Bakının Bakıxanov qəsəbəsində, Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. Hadisə nəticəsində taksi fəaliyyətilə məşğul olan “Prius” aşıb. Qəza zamanı ölən və xəsarət alanlar barədə məlumat yoxdur.   Xeberal.az

Cəmiyyət

Gecikən təcili yardım, yoxsa yoxa çıxan 349 ambulans? – ARAŞDIRMA

Son vaxtlar təcili tibbi yardımın işi ilə bağlı müxtəlif məzmunlu şikayətlər artır. Səhhətlərindəki narahatlıqla bağlı təcili yardıma müraciət edən vətəndaşlar gah onların ünvana gecikməsindən, gah da xəstəyə keyfiyyətli xidmət göstərməməsindən şikayətlənirlər. Bizim.Media xəbər verir ki, təcili yardım briqadaları çağırış olunan ünvana ləngimələrinin səbəbini isə yollardakı sıxlıq və müraciət edənlərin çoxluğu ilə əlaqələndirsələr də, problemin kökündə […]