Cəmiyyət

Şəmkirdə su borusu sıradan çıxıb, qəsəbə susuz qalıb – FOTO

Şəmkir rayonunun ən böyük qəsəbəsində içməli və məişətdə istifadə olunan suyun verilməsində qismən çətinlik yaranıb. Bu barədə “Report”un Qərb bürosuna qəsəbə sakinləri məlumat verib. Onlar qəsəbəni su ilə təmin edən əsas borunun sıradan çıxdığını bildiriblər və bu səbəbdən suyun verilməsində qismən çətinlik yarandığını, eləcə də maşınlarla hər evə sadəcə 20 litr içməli suyun verildiyini söyləyiblər. Qeyd […]

Cəmiyyət

Bakıda avtomobillərin nizamsız park edilməsi FHN əməkdaşlarına maneə törətdi – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 34 ünvanında yerləşən “Rav” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında təlim keçirib. FHN-in məlumatına görə, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin […]

Siyasət

ATƏT PA-nın iclasında Azərbaycan-Ermənistan münasibətlərinin cari durumu müzakirə ediləcək

Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında (PA) nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Ağalar Vəliyev, Tahir Mirkişili, Tural Gəncəliyev ATƏT PA-nın 22-ci qış sessiyasında iştirak üçün fevralın 21-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, fevralın 22-də ATƏT PA Bürosunun iclası keçiriləcək. Milli Məclisin deputatları, həmçinin […]

Cəmiyyət

İşsiz şəxslərə 200 manat ödəniş verilir? – RƏSMİ AÇIQLAMA

“Son günlər bəzi sosial media hesablarında guya işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. Bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb. Məsələ ilə bağlı bildirilib ki, hazırda “Məşğulluq haqqında” qanuna əsasən işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyil: “Yalnız işsizlikən sığorta ödənişi adlı sosial təminat növü var ki, […]

Cəmiyyət

Tiktoker Səbuhi Xanlarov və Rövşən Süleymanzadə polisə çağırıldılar

“Daqqılı” ləqəbli bloqer Ziliş Cəfərovun saxlanılmasının səbəbləri açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup “TikTok” istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə müraciəti əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar. Onlardan Z.Cəfərovun üzərindən narkotik vasitə aşkar […]

Dünya

Qarabağda 30 illik müharibə: Azərbaycanın təcrübəsi Ukrayna üçün nə dərəcədə faydalıdır? – VİDEO

“Rusiya Qafqazda nüfuzunu itirir. Bakı öz təcrübəsindən işğalın nə olduğunu və Kremlin nəyə qadir olduğunu yaxşı bilir”. Bu barədə Ukraynadan yayımlanan TSN “YouTube” kanalındakı süjetdə qeyd olunub. Süjetdə vurğulanıb ki, Qarabağın dağlıq bölgəsi hələ Sovetlər Birliyi dövründə Azərbaycanın tərkib hissəsi olub: “1992-ci ildə orada qanlı müharibə baş verdi. Müharibənin alovlanmasında Moskva da az rol oynamadı. […]

Siyasət

Politoloq: “Azərbaycan enerji sektorunda Macarıstanın vacib tərəfdaşıdır”

“Azərbaycan enerji sektorunda Macarıstanın vacib tərəfdaşıdır və 2022-ci ildən bu əlaqələr strateji xarakter daşımağa başlayıb”. Bu barədə “Report”a açıqlamasında Macarıstandan olan təhlükəsizlik siyasəti üzrə ekspert Attila Demko bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan-Macarıstan münasibətlərinin möhkəmlənməsi müşahidə olunur: “Rusiyanın Ukraynaya təcavüzündən sonra Azərbaycanla tərəfdaşlıq əlaqələrinin rolu artıb. Rusiyadan neft və təbii qaz tədarükü məsələsi indi əvvəlkindən […]

Dünya

Rəcəb Tayyib Ərdoğan Ankarada Antoni Blinkenlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb. Görüş Ankarada Esenboğa Hava Limanının Böyük Şöhrət Zalında baş tutub. Qeyd edək ki, Blinken Türkiyədə səfərdədir. O, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşüb. Onlar jurnalistlərin iştirakı ilə birgə mətbuat konfransı keçiriblər. Mənbə: Akşam.com Xeberal.az

Siyasət

Avronest-də Belarus, Azərbaycan və Gürcüstana qarşı hazırlanmış, Ermənistanın dəstəklədiyi qətnamə rədd edilib

Avronest Parlament Assambleyasının Büro iclasında Belarus, Azərbaycan və Gürcüstana qarşı hazırlanmış, Ermənistan nümayəndə heyətinin xüsusi canfəşanlıq göstərdiyi qətnamə layihəsi rədd edilib. “Report” xəbər verir ki, qətnamənin mövzusu “Siyasi dustaqlar” olsa da, mətndə Azərbaycanın guya mövcud olan “erməni dustaqları” azad etməsinə çağırış yer alıb. Azərbaycan, Gürcüstan, Ukrayna nümayəndə heyətlərinin məntiqi izah və mövqeyindən sonra, Ermənistan nümayəndə heyətinin etirazlarına baxmayaraq, […]